Haqqımızda
2009-cu ildə öz ilk addımlarını atan “Rov group” MMC o vaxtdan bəri bir çox inkişaf mərhələlərini keçmiş və öz sahəsində liderə çevrilmişdir. Qida məhsullarının distribütorluğundan başlayaraq, şəffaf yanaşmamız və yüksək keyfiyyətimizlə müştərilərin etibarını qısa zamanda qazandıq.
2015-ci ildə şirkətimiz mühüm addım atdı – snek məhsullarının istehsalına başladıq. Bu həlledici məqam bizə həm keyfiyyətə nəzarət etməyə, həm də müştəri məmnuniyyəti qazanmağa imkan verdi. Şirkətimiz yaranandan bəri biz uğur qazandıran dəyərlərə sadiqik.
Məhsullarımız həm Azərbaycanın daxili bazarında, həm də ölkə hüdudunda məşhurdur. Məhsullarımızı Asiya və Avropanın müxtəlif ölkələrinə ixrac edirik ki, bu da yüksək keyfiyyət və dad xüsusiyyətlərindən xəbər verir. İstehsal olunan məhsulların çeşidlərini istehlakçıların tələbatına uyğun olaraq artırmağı da özümüzə məqsəd qoymuşuq, çünki hər bir istehlakçı bizim üçün önəmlidir. Buna əsaslanaraq yüksək keyfiyyət bizim üçün prioritetdir!
Biz davamlı olaraq misilsiz dadlar yaratmaq üçün yeni yollar axtarırıq və bunu keyfiyyət və innovasiyanın güzəştsiz standartları ilə edirik. Biz özümüzə böyük nüfüz qazandıran təbii məhsullar istehsal etməklə qürur duyuruq. Dadlı yemək dadlı həyat deməkdir!